Britaniyanın yeni Baş naziri Rişi Sunak var-dövlətinin hətta kraldan çox olması ilə diqqət çəkib.
60-ci illərdə Afrikadan Britaniyaya köç edən ailənin övladı olan Rişi Sunak 1980-ci ildə doğulub. O, Oksford Universitetini bitirdikdən sonra Stanford Universitetində təhsilini davam etdirib və bir müddət analitik kimi çalışıb.
Rişi Sunak 2020-2022-ci illər arasında Maliyyə Naziri kimi fəaliyyətdə olub.
Sunak hindistanlı milyarder Narayana Murtinin qızı, moda dizayneri və iş xanımı Akşata Murti ilə ailə həyatı qurub. 2 övladı var.
Son günlər İngiltərə mətbuatında 730 milyon funt sterlinq sərvəti ilə ölkənin ən zəngin adları arasında yer alan Sunakın haqqında "baş nazir olmaq üçün çox zəngin olduğu" şərhləri edilib.
Brend geyimləri ilə tənqidlərə məruz qalan, Maliyyə naziri olduğu müddətdə dəbdəbəli həyatı, malikanəsi və avtomobilləri ilə diqqət çəkən Sunak, ölkə tarixində kral ailəsindən daha zəngin olan ilk baş nazir olub.