​"Zara" Rusiyada fəaliyyətini bərpa edir

​
15:05 25.10.2022
225 Sosial
A- A+

İspaniyanın məşhur geyim brendi "Zara" Rusiyada yeni adla fəaliyyətini bərpa edəcək.

Bu barədə "İzvestiya" məlumat yayıb.

Məlumata görə, ölkədə "New fashion" (Yeni moda) yeni adı altında dörd mağazanın açılması planlaşdırılır.

Bildirilib ki, mağazalarda markanın bütün geyim və aksessuarlar kolleksiyası təqdim edilməyəcək. Rusiya ofisi livanlı sahibkarın rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bundan əvvəl məşhur yapon brendi "Uniqlo"nun geyimləri Rusiya satış bazarının saytına çıxarılıb.