Rusiya prezidenti Vladimir Putin onu əvəz edəcək adı müəyyənləşdirdiyini açıqlayıb.
Britaniyanın “The Telegraph” qəzetinin yazdığı məlumata görə, Rusiya prezidenti Putin ondan sonra onun yerinə Sergey Kiriyenkonu seçib. Kiriyenko Rusiya liderinin “məxfi”si kimi tanınır.
Qəzet Kiriyenkonu “Putinin sirdaşı” kimi qələmə versə də, xəbərdə belə ifadələr yer alıb: “Putinin varislik planlarından heç kimin xəbəri yoxdur. Lakin Rusiya lideri 1990-cı illərdə Qərb liberalizmini dəstəklədiyi halda, bu gün Putinin avtoritarizminə fəlsəfi baxışı var. Kiriyenkoya güvənir".
Qeyd edək ki, 35 yaşında Rusiyanın baş naziri təyin olunan və “Rusiyanın ən gənc baş naziri” adını qazanan Kiriyenko, Putinin bir müddət əvvəl Ukraynada ilhaq etdiyi 4 bölgə ilə bağlı keçirilən referendumlarda şəxsən rol oynayıb. O, bununla da Rusiyanın ekspansiyasına görə məsuliyyəti öz üzərinə götürərək Putinin gözündə öz dəyərini gücləndirib.
Mənbə: Haberler.com