ABŞ-da yaşayan bir kişinin sosial media hesabında paylaşdığı video qısa zamanda milyonlarla baxış toplayıb.
Həmin şəxs görüntülərdə bildirib ki, hər gecə saat 3-də evə gələn qızının maşınında qara qandallar görürmüş. Qızına bu barədə sual verən ata, ondan “hər axşam orada tapıram, kəsirəm” cavabını alıb.
Sonra polis olan qardaşından hadisə ilə bağlı soruşub və səbəbini öyrən zaman şok olub. Polis bildirib ki, bu qadınları fahişəliyə məcbur etmək üçün qaçıran şəxslərin hiyləsidir. Onlar bu üsulla bir-birlərinə "bu qız qaçırılmağa uyğundur" mesajını ötürürlərmiş.