​50 ildir yuyunmayan şəxs vəfat etdi - Xəstələnməkdən qorxduğu üçün...

​50 ildir yuyunmayan şəxs vəfat etdi -
15:55 25.10.2022
417 Maraqlı
A- A+

İranda “Hacı dayı” ləqəbli şəxs xəstələnməkdən qorxduğu üçün 50 ildən çox yuyunmadığı bildirilən şəxs 94 yaşında dünyasını dəyişib.

Bu barədə İranın rəsmi agentliyi “İRNA” məlumat verib.

Bir neçə il əvvəl kənd sakinləri qocanı hamama aparmaq istəsələr də, buna nail ola bilməyiblər. Deyilənə görə, qoca yuyunmaq üçün yaxınlıqdakı dərəyə aparıldığını anlayanda maşından düşüb qaçıb.

Kənd camaatının tikdiyi qapısı olmayan yerdə qalan qoca zibildən yediyi yeməklə dolansa da, illərdir heç bir xəstəlikdən əziyyət çəkmədiyi iddia edilib.Həmçinin qocanın ölməzdən əvvəl psixi cəhətdən sağlam olduğu, ölkədə və dünyada baş verən aktual problemlərdən insanlardan eşitdiyi qədər xəbərdar olduğu da iddia edilib.