​Masallıda ikimərtəbəli evdə yanğın olub

​Masallıda ikimərtəbəli evdə
15:55 25.10.2022
239 Hadisə
A- A+

Masallıda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, rayonunun Kəlbəhüseynli kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.