İran Prezidenti ABŞ-ı informasiya terrorizmində ittiham edib.
O bildirib ki, ABŞ sanksiyaların səmərəsizliyi səbəbindən informasiya terrorundan istifadə etməyə başlayıb.
“Birləşmiş Ştatlar artıq başa düşüb ki, sanksiyalar işə yaramır. Buna görə də onlar başqa üsullardan istifadə etməyə başlayıblar. İnformasiya terrorizmi əsas problemdir”, – deyə Rəisi Tehranda keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, xüsusən də Vaşinqton İranda iğtişaşlar törədib, lakin planları tam baş tutmayıb.
Mənbə: RİA Novosti