Lüks brendin mağazasına girən soyğunçular 60 saniyə ərzində 140 min dollarlıq çantaları oğurlayıblar.
Məlumata əsasən, soyğun ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərindəki Nordstrom mağazasında baş verib.
Polis soyğunçuların 7-9 nəfər olduğunu və 70 çanta oğurladıqlarını bildirib. Maska taxan soyğunçuların kimliyi məlum deyil. Polis görüntülər əsasında onların şəxsiyyətini müəyyənləşdirməyə çalışdığını bildirib.
Mənbə: Dailymail.co