COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SÜLH.İNFO.az-a bildirilib ki, Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli qərarına əsasən, “Peyvənd sertifikatı” müddətsizdir. 3-cü dozanın (buster doza) vurulması sertifikatın müddətinə təsir etmir.