Belarusun Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsində bildirilib.
"Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda deyilir.