DSX-nin qəzaya uğramış helikopter qəzasından sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.
SÜLH.İNFO.az xəbər verir ki, onlar “REAL TV”yə danışıb.
Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: “Enişin yerinə yetirilməsi zamanı qəza baş verdi. Helikopterə yerə yıxılandan ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopter desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin giriş yanında idim. Heç bir şübhəli məqam yox idi”.
Kapitan Ədilov Ramin Ramiz oğlu da helikopterdə heç bir məhdudiyyətin aşılmadığını bildirib: "Enişə gələn zaman birdən birə idarəetməni itirdik. Sürətlə çırpıldıq yerə. Heç bir kənar müdaxilə olmayıb. Pilot polkovnik Fizuli Cavadovun peşəkarlığına söz yox idi. Üzümdə xəsarət var və sol dizim əzilib".