"Sisakan” dəstəsinin komandiri Aşot Minasyan həbs edilib.
SÜLH.İNFO.az "Unikal" -a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mihran Poqosyan öz "Facebook" səhifəsində məlumat paylaşıb. ""Sisakan" dəstəsinin komandiri, Qarabağ müharibəsinin iştirakçısı Aşot Minasyan Ermənistan Respublikasının Cinayət Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın çıxardığı qeyri-qanuni qərarı ilə həbs edilib.
Komandirin həbsinə səbəb kimi, 2020-ci ildə müharibə zamanı qeyri-peşəkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilib", -deyə vəkil qeyd edib.