​Son iki ildə baş verən helikopter qəzaları - SİYAHI

​Son iki ildə baş verən helikopter
14:20 01.12.2021
258 Toplum
A- A+
Hər il dünyada onlarla helikopter qəzası baş verir. Qəzaların əksəriyyəti isə hərbi aviasiyaya aiddir.
 
SÜLH.İNFO.az bakupost.az-a istinadən xəbər verir ki,  son iki ildə baş verən qəzaların xronologiyasını təqdim edir:
 
2020-ci ilin ilk helikopter qəzası yanvarın 2-də Tayvanın şimalındakı Yılan şəhəri yaxınlığında baş verib. Yüksək rütbəli hərbçiləri daşıyan Müdafiə Nazirliyinin helikopteri təcilli eniş edib. Təcilli eniş nəticəsində 8 nəfər həlak olub, 5 sərnişin sağ qalıb.
 
 
2020-ci il iyulun 7-də Perunun şimalında humanitar missiya yerinə yetirən Mİ-17 hərbi helikopteri qəzaya uğrayıb, 7 nəfər həlak olub.
 
 
Eyni ilin mayın 19-da isə Rusiya kosmik qüvvələrinə məxsus Mİ-8 helikopteri Moskvanın Klin şəhərinin 20 km-də təlim uçuşu həyata keçirərkən sərt eniş edib və 3 nəfərdən ibarət ekipaj həlak olub.
 
 
Bundan öncə aprelin 29-da NATO-ya məxsus helikopter İon dənizində qəzaya uğrayıb. Helikopterdə 6 nəfər olub. Birinin cəsədi tapılıb və 5 nəfər itkin düşüb. Daha sonra isə onların öldüyü bildirilib.
 
Həmin ilin yanvarın 26-da ABŞ-ın Kaliforniya ştatının cənubunda helikopter qəzaya uğrayıb. Helikopterdə 9 nəfər olub və onların hamısı həlak olub.
 
2021-ci ilin martın 4-də Bingöldən Tatvana uçan hərbi helikopter Türkiyədə qəzaya uğrayıb.Qəza nəticəsində 9 türk əsgəri həlak olub, 4 əsgər yaralanıb.
 
2021-ci ilin martın 25 də Rusiyanın Kalininqrad vilayətində Rusiya FHN-nin helikopteri planlı təlim uçuşu zamanı Palisk şəhərindən 5 km aralıya düşüb.Təyyarədə 3 nəfər olub.Onlardan 1-i ölüb qalanları isə yaralanıb.
 
Cari ilin yanvarın 29-da Kubanın şərqində helikopter dağla toqquşub. Nəticədə 5 ekipaj üzvü həlak olub.
 
Bunlar təkcə hərbi aviasiyada baş verən qəzalardır.
 
Son iki ilə və statistikaya nəzər salsaq hər il dünyada müxtəlif səbəblərdən təkcə hərbi aviasiyaya məxsus onlarla helikopter qəzaya uğradığını görəcəyik.