Xəbər verdiyimiz kimi, dünən Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb.
SÜLH.İNFO.az xəbər verir ki, helikopter qəzası zamanı həlak olanlardan biri də tibb xidməti kapitanı, həkim Ceyhun Əhmədxanov olub.
Şəhidimizin iki gün sonra nişan mərasimi olacaqdı. Lakin məlum qəza onun bu arzusunu yarımçıq qoyub.
Qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edirik.