Xəbər verdiyimiz kimi, bu gün Bakıda "10-AA-659" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil piyadanı vuraraq öldürüb.
SÜLH.İNFO.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, həmin dövlət qeydiyyat nişanlı maşın Azərbaycan Respublikası Dövlət Neft Fonduna məxsusdur.
***
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sülh.info.az xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.
Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.