Xəbər verdiyimiz kimi, dünən müğənni Elnarə Xəlilovanın DSX-də işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun jurnalistə hücum etməsi ilə bağlı video yayılıb.
Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı - VİDEO
SÜLH.İNFO.az xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkə hesabında açıqlama verərək, jurnalisti tənqid edib:
"Arvadını da tanımıram kimsənin, soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? nəçisən? Həmkarsan? Yoxsa korsan? Ay yersiz, axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi-hamı üçün ayrılmış yer və vaxt var. Yoxsa elə bilirsən Mirşahinsən? Mirşahinin heç "m" hərfi də ola bilməzsən. İti qovan kimi qovdular səni nazirlikdən. Ay like dalınca qaçan "zurnalist". Əgər sənə zor tətbiq edilsəydi - bunu çalışdığın kanal yayımlayardı.
Əzik kimi “fb” səhifəndə paylaşmazdın. Kim də bilməsə biz yaxşı bilirik operatorların o fəndlərini. Heç olmasa Şəhidə hörmət qoyardın ay fərsiz. Mən nədən danışıram axı? Şəhidə hörmət ? Vətən müharibəsində Şəhidə gey deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan. Ar olsun sənin kimi zurnalistlərə.Vətənin üz qarasısınız siz. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz" - deyə Elnarə qeyd edib.