​Fuad Muradov Britaniyaya səfər edib

​Fuad Muradov Britaniyaya
14:15 02.12.2021
188 Toplum
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri başlayıb.

SÜLH.İNFO.az xəbər verir ki, səfər çərçivəsində Komitə sədri London, Mançester, Aberdin və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmalarının üzvləri, Azərbaycan diaspor təşkilatlarının Koordinasiya şuralarının nümayəndələri ilə görüşəcəklər. Bununla yanaşı, Azərbaycana dost ölkələrin Birləşmiş Krallıqdakı icmalarının üzvləri ilə görüşlər planlaşdırılır.

Proqramda Böyük Britaniya rəsmiləri ilə görüşlər də nəzərdə tutulub.