Dünyanın azı 23 ölkəsində koronavirusun yeni "omikron" ştamına yoluxma halları qeydə alınıb.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, "omikron" ştamının aşkarlandığı ölkələrin sayının artması gözlənilir və ÜST bu artımı "son dərəcə ekstremal" kimi qəbul edir.