​Boris Conson "Facebook"u tənqid etdi

​Boris Conson
16:33 02.12.2021
A- A+

Böyük Britaniyanın baş naziri Boris Conson "Facebook" və digər sosial media şirkətlərini tənqid edib.

SÜLH.İNFO.az xəbər verir ki, sosial media platformalarının insan alverinə icazə verdiyinə və bu istiqamətdə reklamların qarşısını almadığına diqqət çəkən Conson, "Həddindən artıq cinayət təşkilatı və insan taciri bu platformalardan istifadə edərək qeyri-qanuni işlər görür", - deyə jurnalistlərə açıqlamasında  deyib. 

Hökumətin “Onlayn Təhlükəsizlik Aktı”nı gündəmə gətirdiyini və problemin bu yolla həll ediləcəyini bildirən Conson deputatlardan sərhədlərin təhlükəsizliyi ilə bağlı qanuna dəstək vermələrini istəyib.

Qeyd edək ki, ötən həftə Fransadan İngiltərəyə getmək istəyən 27 qaçqın La-Manş boğazında faciəvi şəkildə həlak olub. Bundan sonra Fransa-İngiltərə hökumətləri  arasında gərginlik yaranıb.