​Suraxanıda məktəbli qız dəm qazından BOĞULDU

​Suraxanıda məktəbli qız dəm qazından
17:30 02.12.2021
273 Hadisə
A- A+
Bakıda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
 
SÜLH.İNFO.az xəbər verir ki, hadisə noyabrın 29-da paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə qeydə alınıb. 13 yaşlı Həsənli Fatimə Ramin qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.
 
 
Onun 8-ci sinif şagirdi olduğu bildirilir.
 
Hazırda faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.