Saatlıda 11-ci sinif şagirdi vanna otağında olarkən dəm qazından boğulub.
SÜLH.İNFO.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Saatlı şəhərinin Axundov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
16 yaşlı Aytac İsmayılova vanna otğında olarkən dəm qazından boğulub. O, Saatlı trayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildirir ki, hava küləkli olduğundan qızdırıcı düz işləməyib və dəm qazı əksinə vanna otağına dolub bu da 16 yaşlı qızın dəm qazından zəhərlənərək ölməsinə səbəb olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.