Paytaxt və bölgələrdə növbəti dəfə elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb.
SÜLH.İNFO.az xəbər verir ki, “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sayğaclara baxış keçirilib və bu halın qarşısı alınıb.
Ümumilikdə bu ilin 11 ayı ərzində qanunsuz istifadə hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVts-dan çox olub.
Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar. Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal daynadırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.