​Federasiyadan içərisində 63 min manat olan seyf oğurlandı

​Federasiyadan içərisində 63 min manat olan
16:30 03.12.2021
291 Hadisə
A- A+

Bakıda ofisdən oğurluq olub.

SÜLH.İNFO.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospekti 2 ünvanında yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdə qeydə alınıb.

Ofisə daxil olmuş naməlum şəxs və ya şəxslər federasiyaya məxsus, içərisində azı 63 min manat olan dəmir seyfi oğurlayıb. Seyfdəki pulların 45 min manatı federasiyanın, qalan hissəsi isə federasiyanın baş mühasibinin olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.