Ateist olduğunu deyən türkiyəli aktyor İlyas Salman vəsiyyətini açıqlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, o, qonaq olduğu proqramların birində verdiyi açıqlaması ilə diqqət çəkib. Belə ki, "Maho ağa" obrazı ilə yaddaşlara həkk olunan sevimli aktyor geyimi ilə dəfn edilməsini açıqlayıb.
Bununla yanaşı, o, “Mənə nə ələvi baba, nə sünni müəllim, nə ravi, nə keşiş gəlsin. Sadəcə, dostlar məni xalq mahnılarının müşayiəti ilə son səfəriməə yola salsınlar", - deyə aktyor ifadə edib.
Qeyd edək ki, ötən illərdə ateist olduğunu açıqlayan İlyas Salman, "Mən cənnət və cəhənnəmə inanmıram. Mən ateistəm. İbadət edəcək qədər axmaq deyiləm", - deyərək gündəm mövzusuna çevrilmişdi.