Azərbaycanda baş həkim işdən çıxarılıb.
SÜLH.İNFO.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiqləyiblər.
Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və müddət uzadılmayıb.