Gürcüstan Daxili İşlər Nazirliyi Türkiyə tərəfindən İnterpol xətti ilə axtarışda v erilən 5 nəfəri Batumidə həbs edib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Türkiyə saxlanılanları cinsi təcavüz, qanunsuz həbs, soyğunçuluq və fahişəliyə cəlb etməkdə ittiham edir. Nazirlikdən bildirilib ki, təqsirləndirilən şəxslərin ekstradisiyası üçün zəruri prosedurlar aparılır