Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tur start götürüb.
SÜLH.İNFO.az xəbər verir ki, turun ilk matçında "Keşlə" klubu "Səbail"i qəbul edib. "ASK Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Günün ikinci oyununda "Qarabağ" "Azersun Arena"da "Sabah"la qarşılaşacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
***
"Qarabağ" öz meydanında "Sabah"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 5-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla xallarının sayını 30-a çatdıran "Qarabağ" liderliyini davam etdirir.