​Yuxarı instansiya məhkəmələrinə hakim təyinatı qaydası dəyişir

​Yuxarı instansiya məhkəmələrinə hakim təyinatı qaydası
04:00 01.01.1970
1395 Sosial
A- A+

Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinat qaydası dəyişir.

Bu, bu gün Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, artıq yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il deyil, 3 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna biləcəklər.

Qeyd edək ki, , “Məhkəmələr və hakimlər haqqında” Qanunun 96-cı maddəsinə (“Hakimlərin səlahiyyət müddəti”) əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar və bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir.

Qiymətləndirmənin nəticələrinə əsasən birinci instansiya məhkəməsinin hakimi işləmiş şəxsin yuxarı instansiya məhkəməsinə təyin olunmasına dair qərar qəbul oluna bilər. Bununla əlaqədar olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 94-cü maddəsində yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinat qaydası dəyişir və 5 il 3 illə əvəzlənir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.