Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.
SÜLH.İNFO.az xəbər verir ki, “Report”un verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.
Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.