Amnistiya Aktı ilə ümumilikdə 1 921 şəxs artıq azadlığa buraxılıb.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
“Bu rəqəmlər dinamik şəkildə dəyişir” - o vurğulayıb.