Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğramasında hər hansı bir təxribat və ya kənar müdaxilə yoxdur.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi, Ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də verilən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
M.Abbasov əlavə edib ki, helikopterin “qara qutu”su üzərində iş aparılır. “Bununla bağlı hazırda hər hansı bir məlumat verə bilmərik”, - deyə o qeyd edib.