Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, Mədəniyyət Nazirliyi və Braziliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Rioda bir gecə” adlı konsert proqramı keçirilib.
SÜLH.İNFO.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin incəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək, Braziliya və Azərbaycan mədəniyyət xətlərinin oxşar olduğunu bildirib.
Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro konsertin keçirilməsində təşkilatçılara minnətdarlığını bildirib.
Klaudio Frankonun prodüsserliyi ilə saksafon ifaçısı Edqar Duvivier və gitara ifaçısı Dami Andres Latın Amerikası ritmləri vasitəsilə zaman və məkandan səyahət edərək ən yeni, orijinal kompozisiyalarla çıxış ediblər. Əməkdar artist, tarzən Sahib Paşazadə, ifaçılar Diana Hacıyeva, Ruslan Hüseynov, Nicat Məmmədov, Əli Nəsib braziliyalı musiqiçilərlə fərqli janrları əhatə edən kompozisiyalar təqdim ediblər.