​"Azəriqaz" əməkdaşı dünya çempionu oldu

​
10:40 07.12.2021
478 İdman
A- A+

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Ruslan Tağıyev Budo döyüş növləri üzrə Tunisdə keçirilən yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.

SÜLH.İNFO.az xəbər verir ki, bu münasibətlə İB-nin baş direktoru Ruslan Əliyev onunla görüşüb.

Görüş zamanı baş direktor şanlı üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün Ruslan Tağıyevə təşəkkür edib.

İdmançının əldə etdiyi uğurlar Birlik rəhbəri tərəfindən yüksək qiymətləndirilib.

Ruslan Əliyev Azərbaycan Respublikasında idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu Ruslan Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib.

Qeyd edək ki, R.Tağıyev 12 ildir Azəriqaz İB-də çalışır. O, Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.