Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova oğlu Rəhimin vəfatından danışıb.
SÜLH.İNFO.az xəbər verir ki, "O üz" verilişinə danışan Zöhrə oğlu ilə bağlı xatirələrini bölüşüb. O, oğlunun 3 gün dəfn edilməsinə imkan verməyib:
"Rəhimi 3 gün dəfn etməyə qoymadım. Onu yola salan günü dedim inanıram sən varsan, görürsən bizi, işarə ver səni görüm. Başladı balaca kəpənək uçmağa. Baxdım, dedim, sənsən, mesaj göndərirsən ki, məni görürsən. O gündən evdən kəpənək əskik olmur. Hər gün dua edirəm ki, ətrafımda kimə nə olacaq mənə olsun. Bəlkə bir möcüzə olsun, desinlər, hansı cəzanı verək övladını qaytaraq. Deyərəm, canlı qolumu, ayağımı kəssinlər, gözümü çıxarsınlar, dözərəm ağrıya, təki onu qucaqlayım, qayıtsın, iyini çəkim sinəmə, ana desin. Hər şey verərdim. Bilmirəm, bəlkə onu görsəm nəfəsim dayanar".
Z.Həsənova övladının sevdiyi qızla bağlı "İki qızım var, bir yox. Mənə əmanət qoyub. O iki qız övladını bəxtəvər görəndən sonra Allah canımı alsın" deyə, əlavə edib.