"Tərtər işi" üzrə həbs edilən şəxslərin ailə üzvləri növbəti dəfə etiraz aksiyası keçirib.
SÜLH.İNFO.az xəbər verir ki, Prezident Administrasiyası önündə etiraz edən valideynlər onların şikayətlərinə artıq 5 ildir, baxılmadığını bildirirlər.
Administrasiyada qəbul olunmalarını tələb edən ailə üzvləri qeyd edirlər ki, övladları həbsdə haqsız yerə saxlanılır və əsas günahkarlar, cinayətkarlar azadlıqdadır.
Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz edənləri hazırda PA-da qəbul edəcəkləri barədə məlumat verib və valideynlər qəbulda iştirak etmək üçün Administrasiyanın binasına yaxınlaşıblar.
Ətraflı video materialdan izləyə bilərsiniz:
Aksiya ilə bağlı açıqlama verən DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:
“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.