​Şəxsiyyət vəsiqəsinin vaxtı keçənlərin NƏZƏRİNƏ

​Şəxsiyyət vəsiqəsinin vaxtı keçənlərin
15:27 03.03.2023
12068 Sosial
A- A+
Vaxtı keçmiş şəxsiyyət vəsiqələrinə görə heç bir Azərbaycan vətəndaşı cərimə oluna bilməz.

Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir.

Bəs vaxtı keçmiş şəxsiyyət vəsiqəsinə görə vətəndaş hər hansı məsuliyyətə cəlb oluna bilərmi və şəxsiyyət vəsiqəsini hansı dövlət qurumlarından əldə edə bilər?

Mövzuyla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Referans.az-a açıqlama verib.

Belə ki, N.Əliyev vaxtı keçmiş şəxsiyyət vəsiqələrinə görə heç bir vətəndaşın cərimə olunmayacağını bildirib:

“Vaxtı keçmiş şəxsiyyət vəsiqələrinə görə heç bir Azərbaycan vətəndaşı cərimə oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsində bununla bağlı qanun yoxdur, lakin vətəndaşlara şəxsiyyət vəsiqələrinin vaxtı keçdiyi halda onların yenilənməsini gecikdirməməyi məsləhət görürük”.

Şəxsiyyət vəsiqələrini vətəndaşların haradan ala biləcəkləri ilə bağlı dövlət qurumlarının təqdim edirik:

Şəxsiyyəti təsdiq edən sənədi qeydiyyatda olduğunuz icra hakimiyyəti orqanı və ya Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Asan Xidmət Dövlət Agentliyi tərəfindən əldə edə bilərsiniz.

Asan Xidmət Mərkəzlərində şəxsiyyət vəsiqəsinin dövlət rüsumu ilə verilməsini və şərtlərini təqdim edirik.

15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına  şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;

· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 50 manat;

· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 70 manat.

15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına  şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

· on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat;

· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat;

· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

· on iş günü müddətində verildikdə - 30 manat;

· üç iş günü müddətində verildikdə - 70 manat;

· bir iş günü müddətində verildikdə - 90 manat.