​ASCO-nun gəmi kapitanı vəfat edib

​ASCO-nun gəmi kapitanı vəfat edib
10:57 06.03.2023
267 Ölkə
A- A+
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Fikrət Əmirov” gəmisinin matrosu Hamlet Rzazadə vəfat edib.

Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, o, 6 may 1968-cı ildə Lerik rayonunda anadan olub, 1986-cı ildə matros-motorçu ixtisası üzrə Bakı Dənizçilik Məktəbini bitirib.

H.Rzazadə 1988-ci ildə matros kimi üzən heyətin sıralarına qoşulub, son iş yerinə qədər “Şair Sabir”, “Hüseyn Cavid”, “Qara Qarayev”, “Azərbaycan” gəmilərində 1-ci dərəcəli matros və matros vəzifələrində çalışıb.