Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.
SÜLH.İNFO.az erməni KİV-ə istinadən xəbər verir ki, dava iştirakçıları bir-birini küçə sözləri ilə təhqir ediblər.
Hadisə anı anbaan kamerala əks olunub. Dava parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib.