Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb.
Şəhidimizin cənazəsi dəfn edilməsi üçün İkinci Şəhidlər xiyabanına aparılır.
***
Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri eyvanlardan bayraqlar asıblar.
Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi yaxın dəqiqələrdə dəfn üçün yaşadığı evdən çıxarılacaq.
Qeyd edək ki, dəfn mərasimi İkinci Şəhidlər xiyabanda baş tutacaq.
Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.