​Ankara-Bakı-Tehran razılıq əldə edilib - Nazir

​Ankara-Bakı-Tehran razılıq əldə edilib
12:09 09.03.2023
203 Siyasət
A- A+
Ankara-Bakı-Tehran arasında üçtərəfli görüş barədə razılıq əldə edilib.

Bunu İranın xarici işlər naziri Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Biz İran, Türkiyə və Azərbaycan Respublikası arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konsensus əldə etdik”, - iranlı nazir deyib.

İran və Türkiyə arasında olanlar da daxil olmaqla regional nəqliyyat dəhlizlərinə gəlincə, Abdullahiyan deyib ki, onlar regional rəqabət əvəzinə regional tərəfdaşlığa diqqət yetirir.