​ATƏT-dən Azərbaycan və Ermənistana - Çağırış

​ATƏT-dən Azərbaycan və Ermənistana
11:45 08.12.2021
277 Siyasət
A- A+

ABŞ Dövlət katibi Antoni Blinken, Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrini təmsil edən Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun Minsk Qrupu həmsədrlərinin vasitəsilə bərpasını dəstəkləyirlər.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat yayımlanıb.

“ATƏT hər iki ölkəni sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırır. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiondakı fəaliyyətini dəstəkləyirlər”, - təşkilatın məlumatında qeyd edilir.