​“Son 4 ildə əmək müqavilələrinin sayı 30% artıb” - Nazir

​“Son 4 ildə əmək müqavilələrinin sayı
10:59 08.12.2021
219 Toplum
A- A+
"Azərbaycanda hər il əmək bazarına təxminən 100 mindən çox gənc daxil olur və bu da əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur".
 
SÜLH.İNFO.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
 
O bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar: "Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil".
 
S.Babayev son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92 % artdığını qeyd edib: "Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 485 şəxsə işsizlikdən sığorta təyin olunub ki, bu ödənişlərdə də 30% artım qeydə alınıb".
 
Onun sözlərinə görə, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.