Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup ziyalı ilə görüşüb.
SÜLH.İNFO.az xəbər verir ki, Komitə sədri AYB-nin və AJB-nin üzvü, qocaman ziyalı Əlləz Vəliyev (Ormeşənli), "İsmayıllının Zəfər şəhidləri" kitabının müəllifi Yusif Məhəmmədoğlu, “Qarabağ müharibəsinin ilk qalib generalı”, “Dənizçilər Vətən Müharibəsində” kitablarının müəllifi Faiq Balabəyli, tanınmış jurnalistlər Züleyxa Nadir, Zərnişan Turan, “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədli, rejissorlar - Gəray Əlibəyov, Elnurə Kazımova, alim Aynur İbrahimova, rəssam Aynur Rzayeva, müəllimə Gülsüm Zirəddinqızı ilə görüşdə onların yaradıcılıq uğurları ilə tanış olub.
Görüşdə mədəniyyət, incəsənət, jurnalistika və digər yaradıcılıq sahələrində, 44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra yaranmış yeni üfüqlər dəyərləndirilib.
Q.Paşayeva yazarlar, mədəniyyət işçiləri, incəsənət xadimləri, ümumən yaradıcı insanlarla hər görüşün onunçün xoş olduğunu, belə görüşlərin mövcud durum, problemlər, qarşıdan duran vəzifələr mövzusunda daha aydın təsəvvürlər yaranmasına xidmət etdiyini vurğulayıb, onlara uğurlar diləyib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova, "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva iştirak edib.