​Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?

​Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
16:11 24.03.2023
105 Toplum
A- A+

Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.

Bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.

Onun sözlərinə görə, bir nəfər şəxs televiziya işçisi olduğunu, Elmar haqqında sujet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb: “Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb”.

İddia ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları, eyni zamanda "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

E.İslamoğlu şəhid anasını aldatmaqda ittiham olunan şəxsin fotosunu da paylaşıb. İddia rəsmi təsdiqini tapmadığı üçün onun şəklini açıq vermirik: