​19 yaşlı gənci avtomobil vurub - sürücü hadisə yerindən qaçıb

​19 yaşlı gənci avtomobil vurub
09:00 27.03.2023
202 Hadisə
A- A+
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Hyundai” markalı avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Həsənli Nihad Taleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisəni törədən sürücünün ərazidən qaçdığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.