​Almaniyada yeni hökumət formalaşdı - Siyahı

​Almaniyada yeni hökumət
17:59 08.12.2021
354 Dünya
A- A+

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yeni kansler Olaf Şolts hökumətinin bütün üzvlərini təsdiq edib.

SÜLH.İNFO.az  xəbər verir ki, Almaniya Nazirlər Kabinetinə Sosial-Demokrat, Yaşıllar, Azad Demokratik (Liberallar) partiyaları daxil olub. Sosial-demokratlar 7, Yaşıllar 5, liberallar isə 4 nazir portfelinə sahib olub.

Şimal Axını-2 layihəsinin kəskin əleyhdarı olan Annalena Berbok xarici işlər naziri təyin olunub. İqtisadiyyat işləri və iqlim naziri, eləcə də vitse-kansler Robert Habek, maliyyə naziri Kristian Lindner, müdafiə naziri Kristina Lambrext, ətraf mühit naziri Şteffi Lemke, kənd təsərrüfatı naziri Cem Özdəmir olub.

Almaniya tarixində ilk dəfə daxili işlər naziri vəzifəsinə qadın təyin olunub. Bu nazirliyə Nensi Fezer başçılıq edəcək.

Əmək məsələləri və sosial işlər naziri Hubertus Hayl öz vəzifəsində qalıb. Tikinti işləri üzrə nazir Klara Hayvits, iqtisadi əməkdaşlıq məsələləri üzrə və Almaniyanın inkişafı naziri Svenya Şultse, səhiyyə naziri isə Karl Lauterbax olub.