​Mbappe və Haaland eyni klubda - Fantastik təklif açıqlandı

​Mbappe və Haaland eyni klubda
10:55 27.03.2023
252 İdman
A- A+
“Real Madrid” rəhbərliyi 2025-ci il mövsümü üçün hücum xəttinin Erlinq Haaland, Kilian Mbappe və Vinisius Junior üçlüsündən ibarət olmasını istəyir.

Bu barədə “As” qəzeti məlumat yayıb. Bildirilir ki, “Real Madrid” Haalandı bu mövsümün sonundan transfer etmək üçün 240 milyon avro büdcə ayırıb. Kilian Mbappe isə gələn mövsümün sonunda transfer edilə bilər.

Qeyd edək ki, “Real Madrid” rəhbərliyinin PSJ-nin futbolçusu Kilian Mbappe qarşısında şərt qoyduğu barədə xəbərlər dərc edilmişdi. Şərtə görə, Mbappe “Real Madrid”ə transfer olmaq istəyirsə bunu açıq şəkildə ictimaiyyətə açıqlamalıdır. Futbolçu rəsmi şəkildə ictimaiyyətə PSJ klubundan ayrılmaq və “Real Madrid” klubuna transfer olmaq istədiyini bildirməlidir.