​Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək

​Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək
12:40 27.03.2023
199 Hadisə
A- A+
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 4-də Zaqatalada qurumun mərkəzi aparatı və ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş konfrans təşkil ediləcək.

Yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.