​COVID pasportu ilə bağlı bəzi tələblər LƏĞV EDİLİR - Baş nazirdən QƏRAR

​COVID pasportu ilə bağlı bəzi tələblər LƏĞV EDİLİR
15:42 27.03.2023
235 Toplum
A- A+
Azərbaycanda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) ilə bağlı bəzi tələblər ləğv edilir.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı hallarda COVID-19 pasportu tələbi ləğv edilir:

- xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;

- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri,

mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.