Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
SÜLH.İNFO.az xəbər verir ki, yaxınlarının Metbuat.az-a verdiyi məlumata görə, şəhid Asif Əliyev 2002-ci ildə, Siyəzən rayonunun Zarat kəndində anadan olub. Evin tək oğlu olub, özündən başqa bir bacısı var.
Yanvar ayında xidmətini başa vuracaqmış.
***
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Bu barədə SÜLH.İNFO.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.